Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə ölkədə iqtisadi artımın 0,5%, 2027-ci ildə ÜDM artımının 2,6% səviyyəsində olacağını proqnozlaşdırır.
Banco.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, proqnoza görə, qeyri-neft-qaz sektorunda ÜDM artımı bu il 2.4%, 2026-cı ildə isə 3.9% olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
