Almaniyanın artım proqnozu sıfıra endirilib | Banco.az

Almaniyanın artım proqnozu sıfıra endirilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın artım proqnozu sıfıra endirilib.

Banco.az xəbər verir ki, iqtisadiyyat professorlarından ibarət olan SVR (Almaniya İqtisadi Ekspertlər Şurası) ötən ilin noyabr ayında paylaşdığı və 2025–2026-cı illəri əhatə edən Almaniya iqtisadiyyatı ilə bağlı artım proqnozlarını bu yaz mövsümündə yeniləyib.

Beş nəfərlik şura 2025-ci il üçün ÜDM (Ümumi Daxili Məhsul) artım proqnozunu 0,4 faizdən 0 faizə endirib. 2026-cı il üzrə artım gözləntisini isə yeni 500 milyard avroluq maliyyə paketindən ayrılan vəsaitlərin tikinti və avadanlıq sərmayələri ilə yanaşı, dövlət xərcləmələri üçün də müsbət təkan verəcəyi gözləntisi ilə 1 faiz olaraq müəyyən edib.

ABŞ prezidenti Donald Trampın tətbiq edə biləcəyi gömrük tariflərinin ixraca əsaslanan Alman iqtisadiyyatına təzyiq göstərəcəyini bildirən Şura, belə bir açıqlama verib:
“Daxili problemlər Almaniyanın iqtisadi artımını ləngitməyə davam edir. Məsələn, həddindən artıq bürokratiya və uzunmüddətli təsdiqləmə prosedurları şirkətlər üçün lazımsız yüksək xərclərə səbəb olur.”

SVR eyni zamanda qeyd edib ki, ticarət siyasətindəki mövcud pozuntular karbon emissiyalarını azaltmağa yönəlmiş davamlı səylər, demoqrafik yaşlanma və süni intellektin artan istifadəsi Almaniyada struktur dəyişiklikləri sürətləndirəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram