Almaniya Türkiyəyə qırıcı təyyarə satışı üçün razılıq verib | Banco.az

Almaniya Türkiyəyə qırıcı təyyarə satışı üçün razılıq verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya Türkiyənin 40 Eurofighter döyüş təyyarəsi ilə bağlı ilkin tələbini təsdiqləyib.

Banco.az xəbər verir ki, Almaniyanın Der Spiegel jurnalının xəbərinə görə, Almaniya Federal Təhlükəsizlik Şurası Türkiyənin 40 ədəd Eurofighter qırıcı təyyarəsi ilə bağlı verdiyi ilkin sifarişi təsdiqləyib.

Türkiyə Eurofighter Typhoon qırıcı təyyarələrini almaq üçün danışıqlar aparırdı.

Bu təyyarələr Almaniya, Birləşmiş Krallıq, İtaliya və İspaniyanın yaratdığı konsorsium tərəfindən istehsal olunur. Konsorsiuma Airbus, BAE Systems və Leonardo şirkətləri daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram