“Airbus” Çindəki zavodunda potensialını genişləndirir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Airbus” Çindəki zavodunda potensialını genişləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Xinhua agentliyinin məlumatına görə, şirkətin “Asiya Son Yığım Xətti (FALA)” adlanan müəssisəsində ikinci yığım xəttinin açılışı mərasimlə keçirilib.

Banco.az xəbər verir ki, “Airbus” şirkətinin baş direktoru Giyom Fori mərasimdə çıxışı zamanı bildirib ki, yeni xəttdə “A320” tipli təyyarələrin gövdə və qanad kimi iri hissələrinin yığılması həyata keçiriləcək, təyyarələr burada rənglənəcək, sınaqdan keçiriləcək və Çinlə digər ölkələrdəki müştərilərə təhvil veriləcək.

Fori qeyd edib ki, yeni xətt “A320”lərin Çindəki yığım gücünü ikiqat artıracaq və 2027-ci ilə qədər müəssisədə ayda 75 təyyarənin yığılmasının hədəfləndiyini vurğulayıb.

Hazırda “Airbus” şirkətinin “A320” modelləri üçün ümumilikdə 10 son yığım xətti mövcuddur — onlardan 4-ü Almaniyada, 2-si Fransada, 2-si ABŞ-da və 2-si Çində yerləşir.

Şirkətin Tyanjin şəhərindəki müəssisəsi isə 2008-ci ildə fəaliyyətə başlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram