"Banklar maliyyə sektoruna üstünlük təşkil edir, lakin kiçik biznesin inkişafını dəstəkləyəcək məhsullara artan ehtiyac var".
Bu barədə Asiya İnkişaf Bankından (ADB) bildirilib.
Qeyd edilib ki, Azərbaycanda maliyyə sektorunun 95%-i bank aktivlərinin payına düşür. Bu aktivlərin 70%-ni isə dörd ən iri bank formalaşdırır, onların ən böyüyü dövlətə məxsus bankdır.
ADB vurğulayıb ki, bankların kiçik və orta biznesə (KOB)verdiyi kreditlərin böyük hissəsi təminatlı olsa da, daxili və beynəlxalq bazarlarda KOB-ların genişlənməsini dəstəkləyəcək dinamik maliyyə məhsullarının çatışmazlığı müşahidə olunur. Nəticə olaraq, KOB-ların 2023-cü ildə ölkə üzrə ÜDM-də payı cəmi 18% olub.
ADB kapital bazarının inkişafını zəif, sığorta bazarının inkişafını isə müsbət qiymətləndirib: "Kapital bazarının inkişaf səviyyəsi də zəif qiymətləndirilir. 2023-cü ilin sonuna olan məlumata görə, səhm bazarının kapitallaşmasının ÜDM-ə nisbəti 4%-dən ibarət olub. Azərbaycanın sığorta sektoru isə böyüməkdədir. 2023-cü ilin sonuna olan göstəriciyə əsasən, bazarın aktivləri təxminən 1 milyard ABŞ dolları təşkil edib. Bu isə ÜDM-in 1,5%-nə bərabərdir. Sığorta sektorunda həyat sığortası məhsulları əsas bazar payını formalaşdırır".
APA
Bizi sosial şəbəkələrdən izləyin!!