ABŞ-də büdcə kəsiri son 5 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

ABŞ-də büdcə kəsiri son 5 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də büdcə kəsiri son 5 ilin ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ federal hökumətinin büdcə kəsiri 2026-cı maliyyə ilində əvvəlki illə müqayisədə 12 faiz artaraq 1,99 trilyon dollara yüksəlib. Beləliklə, büdcə kəsiri son 5 ilin ən yüksək səviyyəsinə çatıb.

ABŞ Maliyyə Nazirliyi sentyabr ayı və 2026-cı maliyyə ili üzrə büdcə balansına dair məlumatları açıqlayıb.

Məlumata görə, 2025-ci il oktyabrın 1-də başlayan və 2026-cı il sentyabrın 30-da başa çatan maliyyə ilinin son ayında federal hökumətin büdcə kəsiri 27 milyard dollar təşkil edib.

Federal hökumət ötən ilin eyni dövründə 198 milyard dollarlıq büdcə profisiti qeydə almışdı.

Sentyabr ayında hökumətin gəlirləri illik müqayisədə 3 faiz artaraq 558 milyard dollara, xərcləri isə 69 faiz yüksələrək 585 milyard dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram