Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da zavod sifarişləri gözləntilərə uyğun olaraq azalıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi ötən ilin dekabr ayına dair zavod sifarişləri üzrə göstəriciləri açıqlayıb.
Məlumatlara əsasən, ABŞ-də zavod sifarişləri dekabr ayında əvvəlki ayla müqayisədə 0,7 faiz azalıb. “Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların orta proqnozu da sifarişlərin 0,7 faiz azalacağı istiqamətində olub. Noyabr ayında isə zavod sifarişləri aylıq ifadədə 2,7 faiz artmışdı.
Eyni dövrdə uzunömürlü mallar üzrə sifarişlər 1,4 faiz geriləyib. Bazar gözləntiləri də bu göstərici üzrə 1,4 faizlik azalma proqnozlaşdırırdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
