Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da tikinti xərcləri gözləntiləri üstələyib.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi ötən ilin dekabr ayına dair tikinti xərcləri üzrə məlumatları açıqlayıb.
Məlumata əsasən, ölkədə mövsümi amillərdən təmizlənmiş tikinti xərcləri dekabr ayında əvvəlki ayla müqayisədə 0,3 faiz artaraq 2 trilyon 168 milyard dollara çatıb.
Bazar iştirakçıları tikinti xərclərinin aylıq əsasda 0,2 faiz artacağını proqnozlaşdırırdılar.
İllik əsasda isə tikinti xərcləri 0,4 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
