Müəllif: Tamara Mustafayeva, Banco.az
Yanvar ayında ABŞ-da inflyasiya proqnozları üstələyib.
Banco.az xəbər verir ki, ABŞ-da istehlak qiymətləri indeksi yanvar ayında aylıq 0,5% artım göstərib.
İllik inflyasiya isə 3% olaraq açıqlanıb.
“Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların proqnozu aylıq artımın 0,3% olacağı istiqamətində idi. İllik inflyasiya proqnozu isə 2,9% olaraq müəyyən edilmişdi.
Baza göstəricilər də proqnozları üstələyib.
Qida və enerji istisna olmaqla istehlak qiymətləri yanvarda aylıq 0,4% artıb. Gözlənti artımın 0,3% olması idi.
İllik əsas inflyasiya da 3,3% ilə 3,1%-lik proqnozlardan yüksək olub.
Məlumatların dərcindən sonra fond indekslərinə aşağı yönlü təzyiq yenilənib. Bu göstəricilər Fed-in pul siyasəti trayektoriyasında bir müddət daha gözləmə mövqeyində qalacağı gözləntilərini dəstəkləyib.
Pul bazarlarında növbəti Fed faiz endirimi proqnozu sentyabrdan dekabr ayına təxirə salınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!