Azərbaycanın iri koprorativ bankı “PAŞA Bank” ASC 2019-cu ilin 9 ayı ərzində müştərilərə verilən kreditləri 360 milyon 925 min manat artırıb.
30 Sentyabr 2019-cu il tarixində “PAŞA Bank”da müştərilərə verilən kreditlər 1 milyard 681 milyon 818 min manata çatıb. Ötən ilin sonunda bu məbləğ 1 milyard 320 milyon 893 min manat idi.
2019-cu ilin 1-ci rübündə “PAŞA Bank”da müştərilərə verilən kreditlər 51 milyon 204 min manat azalmışdı. Aprledən yenidən artım bərpa olunmuş və müştərilərə verilən kreditlər 2-ci rübdə 132 milyon 425 min manat, 3-cü rübdə 279 milyon 704 min manat artıb.
HƏMÇİNİN OXU: Azərbaycanın ən böyük özəl bankı 9 aylıq maliyyə göstəricilərini açıqladı
Marja