“Unibank” müştəriləri üçün daha bir yenilik edib.
Azər-Türk Bank fəaliyyətinin 18 illiyini qeyd edir
“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Nəzərinizə çatdıraq ki, Bankımız Türkiyə Respublikasının Ziraat Bankı, Azərbaycan Respublikasının Aqrarkredit Səhmdar Kredit Təşkilatı, Almaniyanın Ziraat Bank İnternational AG və Turanbank ASC tərəflərindən təsis edilmişdir .
Xalq Bankın keçirdiyi uduşlu lotereyanın qalibləri müəyyən olundu
ASC “Xalq“ Bankı iyul ayının 6-da www.xalqbank.az saytında ödənişləri onlayn ödəyən müştərilər arasında oynanılan lotereyanın uduşunu keçirdi. Tiraj komissiyasının tam tərkibdə üzvlərinin nəzarəti ilə keçirilən uduşda 10 594 bilet iştirak edirdi. Uduşda İpad mini planşet kompüteri, Samsung Galaxy S3 mini smartfonu, şəhərin ən yaxşı restoranlarından birində iki nəfərlik şam yeməyi üçün dəvətnamələr, parfüm məhsulları və 150-yə yaxın digər hədiyyələr oynanılmışdı.
TuranBankın aktivlərinin həcmi 25,7% artmışdır
2013-cü ilin iyul ayının 1-nə TuranBankın aktivlərinin həcmi, 2012-ci ilin analoji dövrü ilə müqayisədə 25,75%, ilin əvvəli ilə müqayisədə isə 11,34% artaraq 241,686 mln. manat təşkil etmişdir. Hesabat tarixinə bankın kredit portfeli, 2013-cü ilin əvvəli ilə müqayisədə 9,93%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 21,23% artaraq 177,298 mln. manat təşkil etmişdir.
Bank Respublika daha 2 Cash-in bankomatını istifadəyə verdi
Müştərilərə öz vəsaitlərini rahat idarə etmək və plastik kartlar üzrə xidmətləri əlverişli şəraitlə təmin etməkdə davam edən Bank Respublika növbəti Cash-in bankomatını Nərimanov filialında və daha bir bankomatını Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 99 ünvanında istifadəyə verdi. Bununla da Bank Respublika bankomatların sayını 52-yə çatdırdı. Bu ilin sonunadək daha bir neçə bankomatın quraşdırılması nəzərdə tutulub.
ABB 2012-ci il ərzində dividendlərin ödənilməsi prosesinə başlayıb
Azərbaycan Beynəlxalq Bankı (ABB) 2012-ci il ərzində dividendlərin ödənilməsi prosesinə başlayıb. Bu barədə bankdan məlumat verilib.
“8 iyul 2013-cü il tarixindən etibarən səhmdarlar 2012-ci il ərzində dividendlərin alınması üçün bankın filiallarına müraciət edə bilərlər”, - deyə məlumatda qeyd olunur.
Bank of Azerbaijan 2013 – cü ilin 6 ayına olan maliyyə göstəricilərini açıqlayıb.
“Bank of Azerbaijan" ASC bu ilin yanvar-iyun aylarında vergi ödənilənə qədər 8.54 milyon manat mənfəət əldə edib. Bankın gəlirləri 22.5 milyon manat, xərcləri 13.96 milyon manat olub.
Ramazanda süfrənizi Bolkart-la bəzəyin!
Ramazan ayında insanların nağd pula ehtiyaclarını qarşılamaq məqsədilə “Bank of Baku” Bolkart istifadəçiləri üçün nağdlaşdırma kampaniyasına start verir. 9-11 iyul 2013-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, sentyabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər.
Unibankla gələcəyin bankiri ol!
Unibankın “UniŞans” layihəsi çərçivəsində müxtəlif ali məktəblərdə 4-cü kursda təhsil alan 4 tələbə bankın təqaüd proqramının qalibi olub. Hər bir tələbəyə 150 AZN məbləğində aylıq təqaüd verilir.
“AtaBank”ın “Nəsimi” filialı yeni ünvanda
Müştərilərə daha çevik və rahat xidmət göstərmək məqsədi ilə "AtaBank"-ın paytaxtdakı "Nəsimi" filialı yeni ünvana köçüb. Bundan belə bank filialı müştəriləri bu ünvanda qəbul edəcək:
Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsi.
Telefon: 440-08-12; 440-07-19 / 95