Bank VTB (Azərbaycan) ASC-nin plastik kart sahibləri VTB qrupun vahid bankomat şəbəkəsindən güzəştli şərtlərlə istifadə edə bilərlər. Belə ki, VTB (Azərbaycan)ın kart sahibləri VTB Qrupun vahid bankomat şəbəkəsindən pul vəsaitlərini çıxararkən nağdlaşdırma komissiyası 1% təşkil edəcək. Bazarda müvafiq komissiya üzrə orta göstərici 2%-dir.
Dəmirbank-dan komissiyasız günlər!
DəmirBank Qubada “Komissiyasız günlər” adlı yeni güzəştli kredit aksiyasına başlayıb. Aksiya 28 yanvar – 28 aprel 2014-cü il tarixlərini əhatə edir.
3 ay davam edəcək aksiyanın şərtlərinə görə Quba filialında 1000 AZN-dək kredit götürən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaq.
Aksiya zamanı 1 ay ərzində istənilən müştəri komissiya ödəmədən kredit götürə biləcək. Növbəti 2 ay ərzində isə əhali arasında paylanılacaq xüsusi kuponları təqdim etməklə komissiyalardan azad olmaq mümkün olacaq.
“Pul Köçür və Hədiyyə Qazan”aksiyasının birinci ayı üzrə qalibləri müəyyənləşdi!
Expressbank-daötən ilin dekabr ayında start götürmüş və cari ilin fevral ayının sonunadək davam edəcək “Pul köçür və hədiyyə Qazan!“ kampaniyasının birinci ayı uğurla başa çatmışdır.
“Zolotaya Korona” pul köçürmələri sistemi vasitəsi ilə pul köçürməsi göndərmiş 2 müştəri 2 ədəd Smartfon əldə etmişdir. Kampaniyanın digər iştirakçıları keçən müddət ərzindəmüəyyən məbləğdə pul köçürmələrigöndərərək hədiyyə olaraq pul kisəsi (portmone) qazanmışlar.
“Expressbank” intellektuallarının qələbəsi.
18 yanvar 2014-cü il tarixində Azərbaycan İntellektual Oyunlar Federasiyasının təşkilatı dəstəyi ilə “Modern Hotel”də “Expressbank”-ın əməkdaşları arasında “Kim?Harada?Necə?” oyunu keçirilmişdir.
Kredit azərbaycanlının həyatını dəyişdi
Əli Xəlilov! İndi Gəncədə hamı bu gəncdən danışır. Unibankın “Nissan qazan” kampaniyasının ilk qalibi Əli Xəlilov, hər kəsin bankından götürdüyü ilk krediti ilə Nissan Sunny qazandı. Ev təmiri, taksi xidməti ilə ailəsini dolandıran Əli üçün Unibankdan gələn zəng, həyatının ən böyük hədiyyələrindən biri olub: “Xoşqədəm Hidayətqızı mənə Nissan qazandığımı xəbər verəndə, çox sevindim. Cəmi 1 ay öncə Unibankdan aldığım kreditlə bir problemimi həll edərək, yaşayışımı xeyli yaxşılaşdırdım.
DəmirBank-da pul köçürmə sistemləri üzrə aksiyanın müddəti uzadılıb
DəmirBank-da həyata keçirilən “Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası 31 mart 2014-cü il tarixədək uzadılıb.
Aksiyanın şərtlərinə əsasən DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.
“AtaBank”-ın "Yeni İl, Yeni şans" müsabiqəsinin qalibləri müəyyən olunub
"AtaBank" ASC-nin 16 dekabr 2013-cü il tarixindən Facebook səhifəsində "Yeni İl, Yeni şans" şüarı altında start verdiyi hədiyyəli kampaniyanın qalibləri Könül Soltanova, Rəhimbala İbrahimov və Vəçixə Bədəvi olub. Qaliblərə, "AtaBank" ASC-dən, balansında 100, 200 və 300 manat olan “Visa” və “MasterCard” kartları təqdim edilib. Yeni il ərəfəsində start verilən müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini yüksəltmək və onlara bu bayram günlərində sevinc hissi bəxş
Kapital Bankda lotereya kampaniyası başa çatdı
Kapital Bankın oktyabrın 1-dən start verdiyi lotereya kampaniyasının dekabr ayı üzrə 100 qalibi məlum olub. “Ödəmələr hədiyyəli, hər ay qazan bir 50!” devizi altında keçirilən lotereya bununla da başa çatıb. Şərtlərə uyğun olaraq hər bir qalibin kart hesabına 50 manat köçürülüb.