DəmirBank bankomatlar və POS terminallar vasitəsilə plastik kartı aktivləşdirmək imkanını tətbiq edib. Müştəri bankomatda və POS terminalda kartla ilk əməliyyat zamanı PİN kodu yığdıqda kart dərhal aktivləşir.
UNİBANKdan BAYRAM GÜNLƏRİ XƏBƏRİ
Unibank Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edir, şəxsi həyatlarında və işlərinidə uğurlar arzulayır.
Xaricə səfər edən Bolkart MasterCard sahibləri kartlarından rahat istifadə edə bilər!
Yeni il tətili üçün xarici səfərə yola düşən Bolkart MasterCard sahibləri xarici ölkələrdə də öz kartlarından rahat istifadə edə bilərlər.Bolkartın üzərindəki MasterCard loqosu dünyanın bütün ölkələrində bu kartdan istifadə etməyə tam imkan verir. Hal-hazırda həmvətənlərimiz tərəfindən xüsusən Avropa, Türkiyə və Biləşmiş Ərəb Əmirliklərində Bolkart MasterCard geniş istifadə edilməkdədir.
Amrahbank “Əmanət Sizdən – Hədiyyələr Bizdən” kampaniyasını təqdim edir.
Amrahbank, Bazarstore, İdeal, My Brands və Optimal Elektroniks-lə birgə “Əmanət Sizdən – Hədiyyələr Bizdən” kampaniyasını təqdim edir.
Finca Azerbaijan 150 mininci müştərisini mükafatlandırmışdır
Dekabrın 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Finca Azerbaijan” qeyri-bank kredit təşkilatı “15 il birlikdə” kampaniyası çərçivəsində mətbuat konfransı keçirilmişdir.
“Bank Technique”in saytı yenilənib
“Bank Technique” ASC-nin www.banktechnique.az ünvanında yerləşən rəsmi İnternet-resursu yenilənib.
Xatırladaq ki, bir il bundan əvvəl, 2012-ci ilin dekabr ayının son ongünlüyündə, yeni inkişaf konsepsiyasına uyğun olaraq, Bankın yeni saytı istifadəyə verilmişdi və hazırkı yenilənmə də məhz bu tarixə təsadüf edir.
HƏDƏF- MÜŞTƏRİLƏRƏ DAHA YAXIN OLMAQDIR!
Unibank bu il xidmət şəbəkəsini daha da genişləndirdi. Müştərilərinə daha yüksək səviyyədə və geniş ofisdə xidmət göstərmək üçün ilin əvvəlində bankın 2 filialı- “Əcəmi” və 14 saylı filial (“Beşmərtəbə”) yeni ünvana köçərək, daha yaxın oldu. 2013-cü ildə xidmət məntəqələrini həm paytaxt, həm də bölgələrdə genişləndirən Unibank, 4 yeni filialı ilə müştərilərinə xidmət dairəsini daha da genişləndirdi.
“Bank of Baku” müştəriləri bayram günlərində də ödənişlərini edə bilərlər!
“Bank of Baku” 31 dekabr 2013-cü il –1,2,3,5, 6 yanvar 2014-ci il tarixlərində bankın paytaxt və bölgələrdəki filiallarında qeyri-iş günlərinin olacağını elan edir. Lakin müştərilərin artan tələbatını nəzərə alan“Bank of Baku” bildirir ki, 4 yanvar 2014-cü il tarixində aşağıda qeyd olunmuş filiallar tam iş günü olmaqla vətəndaşların xidmətində olacaq: