05 yanvar 2014-cü il tarixində paytaxtımızın beynəlxalq otel komplekslərindən birində “Monex” təcili pul köçürmələri sistemi layihəsi çərçivəsində tərəfdaş bankların əməliyyatçıları üçün “Monex-də birinci ol!” bonus proqramının qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Kapital Bank 2 milyondan artıq müştəriyə xidmət edir
“Kapital Bank” ASC 2013-cü il üzrə fəaliyyət göstəricilərini açıqlayıb. 31 dekabr 2013-cü il tarixinə Kapital Bankın aktivləri 1 048 645 min manat, kredit portfeli 751 334 min manat olub. İl ərzində Bankın ümumi gəlirləri 124 927 min manata (o cümlədən faiz gəlirləri 61 163 min manat, qeyri-faiz gəlirləri 63 764 min manat) çatıb, ümumi xərcləri isə 103 626 min manat təşkil edib.
UNİBANK müştərilərinə 90.000 manatlıq uduş fondu ayırıb
Unibank-ın daha bir lotereyasının qalibləri açıqlanıb. Bankın “Nağd kredit əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının 4-cü tirajının qalibləri müəyyən edilib. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən, 26 qalib seçilib. Qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə ediblər.
“AtaBank” ASC 2013-cü ilə yekun vurdu
"AtaBank" ASC-nin 2013-cü ilə maliyyə təsərrüfat nəticələri uğurlu olub. Belə ki, ötən il aktivlərin dinamikasında 30,4% və ya 87,3 mln manat artım müşahidə olunmuşdur. Başqa sözlə, ilin əvvəlində aktivlər 287,6 mln manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 374,9 mln manata çatmışdır.
DəmirBank korporativ saytında onlayn kredit ödənişləri xidmətini tətbiq edib
DəmirBank həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə www.demirbank.az saytından onlayn qaydada kredit ödənişlərinin qəbuluna başlayıb.
Bank VTB-dən anında verilən “Rahat kart” kredit kartı
Bank VTB (Azərbaycan) tərəfdaş şirkətlərin əməkdaşlarına anında verilən kredit kartı – “Rahat kart” təklif edir. Belə ki, VTB (Azərbaycan) ilə tərəfdaş olan şirkətlərin əməkdaşları Bankın istənilən filialına yaxınlaşıb bərpa olunan kredit xətti ilə “Rahat kart”ı gözləmədən əldə edə bilərlər.
Xətai rayonunda Bank VTB (Azərbaycan) ASC-nin yeni filialının açılışı olacaq
Bakı şəhərinin Xətai rayonunda fevralın 6-da Bank VTB (Azərbaycan) ASC-nin sayca beşinci filialının açılış mərasimi keçiriləcək. Yeni filial “Əhmədli” metrostansiyasının çıxışında, Sarayevo küçəsi 8 “C” ünvanında, paytaxt əhalisinin sıx məskunlaşdığı ərazilərdən birində yerləşir.
Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 22% artıb
Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 21,7% artaraq 2014-cü il yanvarın 1-nə 7,172 mlrd. manata çatıb.
Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Bankın kredit portfeli illik müqayisədə 30,5% artaraq 2014-cü il yanvarın 1-nə 5,033 mlrd. manata çatıb. O cümlədən, fiziki şəxslərə verilmiş kreditlər 555,3 mln. manat təşkil edib.
DəmirBank-ın plastik kart sahibləri Karvan turizm agentliyində endirimdən istifadə edə bilər
DəmirBank-ın bütün plastik kart sahibləri Karvan turizm agentliyinin xidmətlərindən istifadə zamanı Bankın “Kart sahiblərinə endirimlər” proqramı çərçivəsində endirim əldə edə bilərlər.