Parabank müştərilərə daha rahat əldə edilə bilən məhsul və xidmətlər təklif etmək məqsədilə növbəti universal məhsulu olan “Təqaüdçü” kredit məhsulunu təqdim edir.
“Təqaüdçü” kredit məhsulu sabit təqaüd alan şəxslər üçün nəzərdə tutulmuşdur. Kreditin müddəti 12 aydan 36 ayadək. Minimal təqaüd 100 AZN, kreditin son ödəniş tarixinə maksimum yaş həddi 80 yaş olmalıdır
Kapital Bankdan xanımlar üçün ikiqat endirim
Kapital Bank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. 1 martdan 7 marta qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən hər bir xanım müştəri həm kreditin illik faiz dərəcəsində, həm də komissiya haqlarında 2% endirim qazanacaq.
PORTMONE – pulunuz hər gün cibinizə gəlsin.
Təklif olunan bank məhsullarına görə hər zaman öndə olan NBCBank ASC hər bir müştəriyə faydalı ola biləcək yeni bir depozit növü olan PORTMONE-ni təqdim edir.
“FINCA Azerbaijan”ın Liman və Lənkəran Filialları Yeni Ofislərdə Fəaliyyətini Davam Etdirir
Ölkənin Qeyri-Bank Kredit Təşkilatları arasında müştəri sayına görə lider olan "FINCA Azerbaijan” Kredit Təşkilatı Liman və Lənkəran filiallarının geniş, müasir, müştəri xidmətlərinin rahatlığını təmin edən yeni ofis binalarının açılış mərasimlərini keçirdi.
Yapı Kredi Bankdan inkişaf etmək və uğur qazanmaq üçün hər ehtiyaca uyğun istehlak krediti
Bizlər hər zaman gələcəklə bağlı plan qurmağı sevirik. Bu gün görülən işləri gələcəyimizin, rahatlığımızın daha üst səviyyədə olması üçün edirik. Planlaşdırılan uğuru əldə etdikdə, bu bizə sadə bir hal kimi gəlir, çünki hər zaman planlarımız, hədəflərimiz, arzularımız dəyişir. Bu arzuları reallaşdırmaq üçün isə bəzən dəstəyə ehtiyacımız olur. Elə dəstək ki, xırda bir toxunuşla hədəflərimizə çatmağımıza təkan olsun.
İNTERNET-BANK XİDMƏTİ ARTIQ MOBİL TELEFONUNDA
Otən əsrin sonlarında Böyük Britaniyada yaradılan və bir neçə il sonra ABŞ-da Ev Bankçılığı kimi tətbiq olunan bank-internet xidməti, indi bütün dünyada bankların keyfiyyətli xidmət göstəricisinə çevrilib.
Bu gün “Bank Technique”in 20 illik yubileyidir
1994-cü ilin bugünü Banka, Azərbaycan Milli (hazırda Mərkəzi) Bankı tərəfindən, 198 nömrəli bank əməliyyatların aparılmasına dair lisenziya verilmişdi. İlk olaraq, Bank “Rəşadbank” adı altında fəaliyyətə başlamış, 1998-ci ildə isə “Texnika Bank” adlandırılaraq, fəaliyyətini davam etdirmişdi.
BANKIN MÜŞTƏRİSİ NİYƏ 4 SAAT ÖZÜNƏ GƏLƏ BİLMƏDİ?
Günün adamı İsmayıl İsmayılovdur! Çünki minlərlə Unibank müştərisi içərisindən Nissan Tiida avtomobilini məhz İsmayıl qazandı. Unibankdan kredit götürən Bakı sakini, cəmi bir ay sonra hər kəsin bankının onu necə sevindirəcəyini heç fikrinə belə gətirmirdi: “ Mən 2 ildir ki, Unibankın müştərisiyəm. Bu müddətdə bankdan bir neçə dəfə kredit götürmüşəm və bu kreditlər hər dəfə müəyyən arzularımın həllinə kömək edib.