Son günlərdə sığortalanan əmanətlər üzrə faizlərin aşağı salınması məsələsi daha əlverişli əmanət məhsullarını yenidən gündəmə gətirib. Bu dəyişiklik fonunda banklar çalışırlar ki, öz əmanət məhsullarını müştərilər üçün daha cəlbedici etsinlər. Bu arada bir çox banklar bazara yeni məhsullar təqdim etməyi planlaşdırır.
DəmirBank aprel ayının nəticələrini elan edib
DəmirBank-ın aktivləri 1 may 2014-cü il tarixinə 405,7 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 31,7 mln. manat və ya 11,2% artaraq 313,8 mln. manatı keçib.
Möhtəşəm Şoppinq Festival başlayır
Alış-veriş mövsümünü açıq elan edirik, çünki ALBALI PLUSla 1 aylıq möhtəşəm şoppinq festivalı başlayır. Ölkənin ən öndə gedən, brend mağazalar;n yerləşdiyi ticarət mərkəzlərində (28 Mall, MetroPark, Park Bulvar və AuraPark (Gəncə ş.) mayın 15-dən iyunun 15-dək ALBALI PLUSla (ALBALI) alış-veriş edin və faizsiz əlavə 1 taksit qazanın. Festival boyu etdiyiniz hər alış-veriş, sizə 10.000 AZN-lik uduş fondu olan lotereyada iştirak etmək və qalib olmaq şansı qazandıracaq. Hər 10 AZN-lik alış-veriş bir şans (seçilmiş TM-lərdə 2 şans) sayılır.
“Bank Technique”in xidmət şəbəkəsi “TechNetwork” ilə daha yaxın oldu
“Bank Technique” ASC, iOs və Android əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən mobil qurğular üçün yeni mobil əlavəni təqdim edib.
Aşağı kredit faizləri arzulara qovuşmağa kömək edir
Bəzən sadəcə maddi sıxıntılar arzularımızı gerçəkləşdirməyə mane olur. Yaxınlarımızı sevindirmək, onlara kiçik xoşbəxtliklər bəxş etmək üçün əlavə maddi vəsaitə ehtiyac duyuruq. Gəlirlərimiz buna yol vermədikdə köməyimizə kreditlər çatır. Faizlər əlverişli olsa, kreditlər sizə çox yaxşı yardımçı ola bilər.
Beləliklə, Bank VTB (Azərbaycan) 11 000 manatadək olan nağd kreditlər üzrə faizləri endirir.
PAŞA Bank Gəncədə yeni Biznes Mərkəzini açdı
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank, Gəncə şəhərində yeni Biznes Mərkəzinin fəaliyyətinə dair lisenziya alıb.
DəmirBank səhmdarlarının növbəti yığıncağını keçirəcək
DəmirBank 28 iyun 2014-cü il tarixdə səhmdarların növbəti ümumi yığıncağını keçirəcək. Yığıncaq Bakı şəhəri, Təbriz küçəsi 19 ünvanında, Təfəkkür Universitetinin akt zalında baş tutacaq.
“Bank Technique” yeni ipoteka layihələrini təklif edir
“Bank Technique” ASC əhalinin mənzillərə olan tələbatını nəzərə alaraq, tikinti şirkətləri ilə apardığı danışıqlar nəticəsində yeni ipoteka layihələrini təqdim edir.