ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçib | Banco.az

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçib

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçib.

Banco.az xəbər verir ki, bunu ABŞ-nin “Debt Clock” xidmətinin məlumatları sübut edir.

Xidmətlər bazasında “ümumi dövlət borcu” sütununda noyabrın 15-nə olan məbləğ 36 trilyon dollar olaraq göstərilib. Bu, rekord göstəricidir. Yanvarın əvvəlində bu rəqəm 34 trilyon dolları ötüb.

Ən sərfəli kredit üçün müraciət et

Avqust ayında “Fox Business” nəşri, Konqresin Büdcə Ofisinin məlumatlarına istinad edərək, ABŞ-nin dövlət borcunun növbəti onillikdə 54 trilyon dollara çata biləcəyini yazmışdı. Materialın müəllifləri qeyd ediblər ki, bu borc reallaşarsa, ABŞ-nin dünya səhnəsindəki statusunu təhlükə altına salacaq.

Qeyd edək ki, Birləşmiş Ştatlar qlobal iqtisadiyyatın 35,6%-ni təşkil edən ən yüksək dövlət borcuna malikdir. İkinci yerdə 14,9 trilyon dollar və ya qlobal ÜDM-in 14,1%-nə bərabər olan borcu ilə Çin qərarlaşıb.