ABŞ Federal Ehtiyat Sisteminə (FES) sentyabrın 17-də keçiriləcək növbəti iclasında uçot dərəcəsini artırmamağı tövsiyə edib. Banco.az "Report"a istinadən xəbər verir ki, DB-nin baş iqtisadçısı Kauşik Basu bildirib ki, FES-in sentyabrda uçot dərəcəsini artırma mərhələsinə başlaması inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında "təşviş və xaos" yarada bilər. O, faizlərin artırılması prosesinin qlobal iqtisadiyyata mənfi təsiri edəcəyini vurğulayıb.
Paşa Kapital rəqibləri üçün əlçatmaz oldu
Banco.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, avqust ayında Paşa Kapital (156 mln manat) brokerlərin renkinqinə başçılıq edir. O digər rəqibərini isə ən az 12 dəfə qabaqlayaraq, əlçatmaz mövqedə dayanıb. Növbəti ilk iki yerdə AzFinance Invest (13 mln) və Brokdil-AZ (8 mln) qərarlaşıb. Unicapital isə təxminən 7 milyon manatla siyahıda 4-cü gəlir.
Yeni dərs ilinə SmileCard ilə hazırlaşın
Expressbank-ın SmileCard taksit kartı ilə müxtəlif dəftərxana mağazalarında və digər yerlərdə alış-veriş edib, xərclənən məbləği 6 və ya 12 aya ödəmək olar.
Bankların xərclədiyi pullar hədərə gedib
Bankların öz vəsaiti hesabına aldığı pos-terminallar istifadəsiz qalıb.
Azərbaycanda bankomat və POS-terminalların sayında azalma qeydə alınıb.
Dünya birjalarında qızıl bahalaşıb
Amerika fond bazarında Dow Jones indeksi 2,42% - 16 492,68 bəndədək, S&P 500 2,51% - 1 969,41 bəndədək, NASDAQ 2,73% - 4 811,93 bəndədək artıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 1,18% - 6 146,10 bəndədək, Fransa CAC-40-ı 1,07% - 4 598,26 bəndədək, Almaniya DAX-ı isə 1,61% - 10 271,36 bəndədək artıb.
"Fitch": Azərbaycan bankları zərərlərin örtülməsi üçün məhdud maliyyə vəsaitlərinə malikdir
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan bank sektorunun milli valyutanın əlavə 40%-lik devalvasiyaya tab gətirə biləcəyi kapitala sahib olduğunu bəyan edib.
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,98 dollar yaxud 4,06% artıb.
Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,81 dollara çatıb.
Azərbaycanda dollar və rubl bahalaşıb
Bu gün sentyabrın 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər möhkəmlənib.
Neft bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar artaraq 46,09 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,23 dollar artaraq 49,75 dollar olub.
Azərbaycanda sənaye portalı istifadəyə verilib
İqtisadiyyat və Sənaye Nazirliyi www.senaye.gov.az portalını istifadəyə verib.