Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan "Beynəlxalq Sığorta Şirkəti"nin rəhbərliyində ciddi kadr dəyişikliyi baş verib.
Azərbaycanda dollar bahalaşıb
Bu gün noyabrın 3-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 4-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 3-ü ilə müqayisədə 0,0004 manat və ya 0,4% artaraq 1,0495 manat olub.
Neft Azərbaycanı sevindirəcək
Dünya bazarında neftin qiymətinin əvvəldən proqnozlaşdırılmış səviyyəyə qalxa bilməməsi gələn ilin Azərbaycan büdcəsi üçün indidən həyəcan təbili çalmaağa əsas verir.
"PAŞA Həyat" vəfat etmiş şəxsin banka olan ipoteka borcunu ödəyib
"PAŞA Həyat" sığorta şirkəti kredit götürən şəxslərin həyat sığortası növü üzrə növbəti irihəcmli sığorta ödənişini həyata keçirib.
Qızıl sürətlə ucuzlaşacaq
Dünya bazarında qızılın qiyməti 1 000 ABŞ dolları/unsiya səviyyəsinə düşə bilər. Banco.az "Report"a istinadən xəbər verir ki, qızılın ucuzlaşmasına səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında uçot dərəcəsini artırması ehtimalı göstərilir. Belə ki, oktyabrda keçirilən iclasda FES dekabr ayında faizlərin artırılması üçün müəyyən siqnallar verib.
Gürcüstan dövriyyəyə yeni əskinaslar buraxacaq
Gürcüstan Milli Bankı dövriyyəyə yeni 20, 50 və 100 lari əskinasları buraxacaq.
Banco.az "Report"a istinadən xəbər verir ki, bu haqda Milli Bankın başçısı Georgi Kadaqidze bildirib.
"Azərqarant"ın İdarə Heyətinə yeni sədr müavini təyin olub
"Azergarant" sığorta şirkətinin rəhbərliyinə yeni təyinat baş verib.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki,Fariz Hacızadə İdarə Heyətinin sədr müavini təyin olunub.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi işçi axtarır
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin korporativ maliyyə sektorunda sektor müdiri vəzifəsi üzrə vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edib.
Manatla əmanət qoyuluşu yenə azalıb
Banco.az Mərkəzi Banka istinadən bildirir ki, 2015-ci ilin sentyabr ayında əhalinin bankdakı əmanətləri 0,12% faiz və ya 8.5 mln azalaraq 7311,8 mln manata düşüb. Bu əmanətlərdən 1777,8 mln manatı milli valyuta 5534,0 mln manatı isə xarici valyutada yerləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cəmi əmanətlərin həcmində 5,06% faiz artım qeydə alınıb.
Azərbaycanda ləğvetmə prosesində olan bankların sayı 7-yə çatıb
Azərbaycanda ləğvetmə prosesində olan bankların sayı artıb.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, hesabat dövründə ləğvetmə prosesində olan bankların sayı 7-yə çatıb. Halbuki, II rübün yekununa əsasən, bu cür bankların sayı 5 idi.