Bizneslərin etibarlı tərəfdaşı olan ABB daha bir imkanı sahibkarlara təqdim edib. İş adamları ABB Business İnternet Bank platforması üzərindən 3 000 000 AZN-ə qədər “İnvoysların maliyyələşdirilməsi” kreditini rahatlıqla əldə edə bilərlər. Bu kredit məhsulunun əsas üstünlüyü vəsait məbləğinin yüksək olması, rəsmiləşdirmə prosesinin daha az sənədlə, sürətli və rahat şəkildə aparılmasıdır.
Qırmızı Ürəklər Fondunun şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi istiqamətində layihəsi davam edir
Xəbər verdiyimiz kimi, Qırmızı Ürəklər Fondunun “Tarix Yazan Qəhrəmanlarımız” layihəsi çərçivəsində şəhid və qazi ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi layihəsi həyata keçirilir. Layihənin davamı olaraq ötən gün Zaqatala rayonundan olan qazi ailəsi üçün tikilən fərdi yaşayış evi sahiblərinə təqdim edilib. 3 otaqdan ibarət tam təmirli fərdi yaşayış evində ailənin rahat yaşaması üçün hər cür şərait yaradılıb.
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
26 iyul 2024-cü il tarixində saat 11:00-da “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85; 192/193) səhmdarların növbəti Ümumi Yığıncağı keçiriləcəkdir.
Ümumi Yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.
Bank BTB əmanət şərtlərini yenilədi
Bank BTB fiziki şəxslərə vəsaitlərinin uzunmüddətli saxlanılması, qorunması və artırılması məqsədi ilə “Müddətli əmanət” məhsulunu təqdim edir. Belə ki, 24 aylıq yerləşdirilmiş manat əmanəti müştərilərə faizləri müddətin sonu götürdükdə illik 11.25%, aylıq götürdükdə isə illik 10.75% gəlir gətirəcək. Bu halda faiz gəlirlərindən vergi tutulmur.
Bank VTB (Azərbaycan) ASC tender elan edir
Tender sorğusu qarşı tərəfin möhürü ilə (qarşı tərəf fərdi sahibkardırsa, imzası ilə) saas.procure.az internet saytında 07 iyun 2024-cü il saat 16:00-dan gec olmayaraq yerləşdirilməlidir.
Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə (Tender) komitəsi.
Bank VTB (Azərbaycan) ASC “MaxPatrol VM Positive Technology”nin əldə edilməsi üçün tender elan edir
Tender sorğusu qarşı tərəfin möhürü ilə (qarşı tərəf fərdi sahibkardırsa, imzası ilə) saas.procure.az internet saytında 07 iyun 2024-cü il saat 16:00-dan gec olmayaraq yerləşdirilməlidir.
Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə (Tender) komitəsi.
Visa rəqəmsal texnologiyalar dövrünün inqilabi məhsullarını təqdim etdi
Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (ingiliscə ixtisarı CEMEA) regionunu əhatə edən illik Visa Payments Forum tədbirində innovativ ödəmə texnologiyaları təqdim olundu.
İran Rusiyadan 500 milyon dollar dəyərində 12 helikopter alacaq
Müəllif:Ayşən İmanova/Banco.az
İran Rusiyadan 500 milyon dollar dəyərində 12 ədəd “Mi-17” helikopteri alacaq.
İqtisadiyyat Nazirliyi: "Regionlar üzrə ümumi məhsul buraxılışı 3 % artıb"
Bu ilin I rübündə Azərbaycanda regionlar üzrə ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % artaraq (nominal ifadədə) 7,8 milyard manat olub.
Banco.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Azərbaycana yeyinti məhsullarının idxalı artıb
Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-aprel aylarında 773 milyon 337 min dollarlıq yeyinti məhsulları idxal edilib.