“Neft-qaz sahəsində gəlirlərimiz 750 milyon manat azalacaq”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, gəlirlərin azalması neft yataqlarının tükənməsi ilə əlaqədardır: “Çünki illərlə onlar istismar olunmaqdadır. Bununla əlaqədar hökumət addımlar atmaqdadır. Qeyri-neft sektorunda müsbət dəyişikliklər baş verməkdədir. Qeyri-neft sektorundan 960 milyon manat daxilolamalarımız var”.
Apa
Bizi sosial şəbəkələrdən izləyin!!