TuranBank DOST Agentliyi ilə birgə tənha ahıl şəxslər üçün düşərgə təşkil edib -"Qəlbi cavanlar" | Banco.az

TuranBank DOST Agentliyi ilə birgə tənha ahıl şəxslər üçün düşərgə təşkil edib -"Qəlbi cavanlar"

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq DOST Agentliyin "Korporativ DOST" altproqramı çərçivəsində tənha ahıl şəxslər üçün düşərgə təşkil edib

Belə ki, Bank DOST Agentliyinin "Könüllü DOST" proqramı ilə birgə yaşı 65-dən yuxarı olan ahıllar üçün asudə vaxtın səmərəli təşkili və icmalaşma məqsədilə Zirə Ekopark-da “Qəlbi Cavanlar” təlim və yaradıcılıq düşərgəsi həyata keçirib. 30 nəfər yaşlı şəxs üçün düşərgədə yoqa masterklassı, Xalça Muzeyinə və Orxideya Evinə ekskursiya, Ekoparkda fəaliyyət göstərən kinoteatrda film nümayişi, eləcə də şahmat yarışları təşkil edilib. Sonda adıçəkilən sosial layihə çərçivəsində iştirakçılara simvolik hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, layihənin məqsədi yaşı 65-dən yuxarı olan tənha ahılların müasir mühitə uyğunlaşması üçün zəruri bilik və bacarıqlarının artırılması, onların təcrübəsinin gənc nəslə ötürülməsi, onların asudə vaxtlarının keyfiyyətli təşkili ilə “bərabərlərin icmalaşması”nın təşviq edilməsi və Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində dövlət və özəl təşkilatlarla əlaqələrin inkişaf etdirilməsidir.

Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır, hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə, həmçinin ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edir. Bundan sonra da TuranBank həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalar edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (FaceBookİnstagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır…