Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Gələn il orta aylıq əməkhaqqı 9,1 faiz artırılaraq 1080,1 manata çatdırılacaq.
Banco.az xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. 2025-2028-ci illərdə isə hər il 7,1 faiz artaraq 1326,4 manata çatacaq.
Bu barədə açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, minimum əməkhaqqı artırılan zaman bununla əlaqədar əməkhaqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun artırılır. Deməli, minimum əmək haqqı artırılarsa, qeyd etdiyim cədvələ uyğun digər artımları də gözləmək olar:
“İnflyasiya hesablanarkən 528 növ məhsul və xidmətlərdə olan qiymət dəyişkənlikləri əsasında orta göstərici çıxarılır. İnsanların daha çox istifadə etdikləri məhsulların qiymətində artım, orta statistik göstəricidən adətən yuxarı olur. Ötən il inflyasiya tək rəqəmli olsa da, bu il də 5% ətrafında olacağı proqnoz edilsə də, ölkə rəhbərinin minimum əmək haqqının 400 manata çatdırmaq üçün 16% faiz artırılması ilə bağlı tapşırığın olacağını gözləyirdim”.
Qeyd edilib ki, 2025-ci ildə artımın bir qədər sürətlənməsi minimum əməkhaqqı məbləğinin 55 manat, yaxud 15,9 faiz artırılması ilə əlaqədardır.