Müəllif:Mehin Qasımova,Banco.az
Yaxın Şərqdəki müharibə səbəbindən Avropada xüsusən də enerji tələb edən sektorlarda 1,3 milyon iş yeri təhlükə altındadır.
Banco.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti Roksana Minzatu Brüsseldə keçirilən mətbuat konfransında deyib.
Minzatu AB-nin böyük xarici təzyiq dövründən keçdiyini və dayanıqlığını artırmalı olduğunu bildirib və əlavə edib ki, Yaxın Şərqdəki hadisələr Avropaya dərin təsir göstərir.
Minzatu bildirib ki, Avropanın ən güclü aktivi onun daxili bazarı, sənayesi və ya texnologiyası deyil, insanlarıdır.
