Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın smartfon bazarında 2026-cı ilin may ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı artaraq apreldəki 21,73%-dən 31,06%-ə yüksəlib.
Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir ki, “Samsung”un bazar payı ötən ilin may ayında isə 30,77% olub.
Məlumata görə, ötən ay Apple-in payı 21,28%, Xiaomi-nin 21,28%, Honor-un 3,01%, Huawei-nin payı isə 2% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
