Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaxın Şərqdə artan gərginlik investorların Avrozonaya olan inamını sarsıdıb.
Banco.az xəbər verir ki, bazar araşdırmaları mərkəzi “Sentix” mart ayı üzrə Avrozonada Ümumi İnvestor İnamı İndeksinə dair məlumatları açıqlayıb.
Məlumatlara görə, fevral ayında 4,2 bənd olan indeks bu ay 7,3 bənd azalaraq mənfi 3,1 bənd səviyyəsinə düşüb. Halbuki mart ayında indeksin mənfi 5 bəndə enəcəyi gözlənilirdi.
Gözləntilər və mövcud vəziyyət indekslərində zəifləmə
İnvestorların növbəti 6 ay üzrə gözləntilərini ölçən Gözləntilər İndeksi 15,8 bənddən 3,5 bəndə enib.
Mövcud iqtisadi vəziyyəti əks etdirən Mövcud Vəziyyət İndeksi isə mənfi 6,8 bənddən mənfi 9,5 bəndə geriləyib.
Açıqlamada fikirlərinə yer verilən “Sentix”in baş direktoru Manfred Hübner bildirib:
“Bu yenilik (inam indeksindəki azalma) birbaşa qlobal enerji bazarlarına təzyiq göstərən İran müharibəsində gərginliyin artması ilə bağlıdır. Enerji infrastrukturuna yönələn hücumlar və Bəsrə körfəzində dəniz daşımalarında yaranan fasilələr investorların etimadına mənfi təsir göstərir.”
Bizi sosial şəbəkələrdən izləyin!!
