Rusiya dizel ixracına qadağanı uzadıb | Banco.az

Rusiya dizel ixracına qadağanı uzadıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya dizel ixracına qadağanı uzadıb.

Banco.az xəbər verir ki, hökumətdən yayımlanan yazılı açıqlamada, daxili yanacaq bazarında sabitliyin qorunması məqsədilə müəyyən yanacaq növlərinə tətbiq olunan ixrac qadağasının uzadıldığı bildirilib.

Dizel, gəmi yanacağı və qaz yağına dair qadağanın 30 sentyabra qədər uzadıldığı qeyd olunan açıqlamada, benzin ixracına dair qadağanın 31 yanvar 2027-ci ilə, aviasiya yanacağı ixracındakı məhdudiyyətin isə 30 noyabra qədər davam edəcəyi bildirilib.

Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyadakı neft emalı zavodlarına həyata keçirdiyi hücumlar səbəbindən ölkədə çoxsaylı obyekt təmirə alınarkən, ölkənin bəzi bölgələrində yanacaq satışında müəyyən məhdudiyyətlər tətbiq olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram