Müəllif: Tamara Mustafayeva, Banco.az
Tramp "ABŞ Kosmik Akademiyası" yaradacaqlarını açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Texas ştatının Hyuston şəhərində yerləşən ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mərkəzində keçirilən mərasimdə iştirak edib.
Mərasimdə çıxış edən Tramp ABŞ-ın kosmik tədqiqatlarda hələ də atması lazım olan çox sayda addım olduğunu vurğulayaraq, özünün 2019-cu ildə yaradılmasına rəhbərlik etdiyi ABŞ Kosmik Qüvvələrinin bu baxımdan mühüm olduğunu bildirib.
Kosmik tədqiqatlarda Aya çatmağın çox mühüm olduğunu, lakin kifayət etmədiyini deyən Tramp kosmik tədqiqatları daha yüksək səviyyəyə çıxarmaq üçün "ABŞ Kosmik Akademiyası" adı ilə yeni bir akademiyanın yaradılması barədə bu gün imza atacağını bildirib.
Mərasimdən sonra Artemis II Ay missiyasında iştirak edən astronavtlara Konqres Şərəf Medalı təqdim edən Tramp təxminən 50 illik fasilədən sonra həyata keçirilən ilk insanlı Ay missiyasının bəşəriyyət üçün tarixi əhəmiyyət daşıdığını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
