ABŞ istehlakçı etimadı indeksi yuxarıya doğru düzəliş olundu | Banco.az

ABŞ istehlakçı etimadı indeksi yuxarıya doğru düzəliş olundu

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ istehlakçı etimadı indeksi yuxarıya doğru düzəliş olundu.

Banco.az xəbər verir ki, Miçiqan Universiteti amerikalı istehlakçıların meyllərini ölçən istehlakçı etimadı indeksinin avqust ayına dair yekun məlumatlarını açıqlayıb.

Məlumata görə, istehlakçı etimadı indeksi avqustda əvvəlki aya nisbətən 3,5 xal azalaraq 51,7 olub.

İndeksin avqust ayına dair ilkin göstəricisi 51 olaraq açıqlanmışdı.

İstehlakçı etimadı indeksi iyulda 55,2 səviyyəsində qeydə alınmışdı.

Amerikalıların iqtisadi vəziyyətə dair qiymətləndirmələrini ölçən cari iqtisadi şərait indeksi avqustda 2,9 xal azalaraq 51,9-a düşüb.

İstehlakçıların gələcəyə dair iqtisadi gözləntilərini əks etdirən istehlakçı gözləntiləri indeksi isə eyni dövrdə 3,9 xal azalaraq 51,5 səviyyəsinə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram