Visa kibertəhlükəsizlik şirkətini 2,4 milyard dollara satın alacaq | Banco.az

Visa kibertəhlükəsizlik şirkətini 2,4 milyard dollara satın alacaq

Müəllif: Gülnar Əhmədli, Banco.az

Visa kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən BioCatch şirkətini 2,4 milyard dollara satın alacağını açıqlayıb.

Banco.az xəbər verir ki, satınalma prosesinin 2027-ci maliyyə ilinin ikinci rübünün sonunadək tamamlanması gözlənilir.

BioCatch istifadəçi davranışlarını təhlil edərək məlumatlar təqdim edən şirkətdir. Bunun üçün klaviatura və "mouse" hərəkətləri, eləcə də telefona toxunma üsulları kimi məlumatlardan istifadə edir.

Süni intellektin inkişafı ilə fırıldaqçılıq hallarının artması şirkətləri bu sahədə daha ciddi tədbirlər görməyə vadar edir.

BioCatch 21 ölkədə fəaliyyət göstərən 350-dən çox banka xidmət göstərir. Onlardan 100-dən çoxu dünyanın ən böyük bankları sırasındadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram