Rusiyada illik inflyasiya 7%-i keçdi | Banco.az

Rusiyada illik inflyasiya 7%-i keçdi

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyada 29 sentyabr–5 oktyabr tarixlərində inflyasiya 0,96% təşkil edib. Bu, əvvəlki həftədəki 0,12%-lik göstəricidən kəskin yüksəkdir.

Banco.az xəbər verir ki, İnflyasiyanın sürətlənməsi əsasən 1 oktyabrdan mənzil-kommunal xidmətlər tariflərinin indeksləşdirilməsi ilə bağlıdır. Həmin tarixdən kommunal xidmətlərin tarifləri orta hesabla 9,9% artırılıb.

Oktyabrın 5-nə illik inflyasiya 7,17%-ə yüksəlib. Beləliklə, göstərici Rusiya Mərkəzi Bankının 2026-cı il üçün 6–7% səviyyəsində olan proqnozunun yuxarı həddini keçib.

İqtisadi İnkişaf Nazirliyi kommunal tariflərin artımının həftəlik inflyasiyaya töhfəsini 0,75 faiz bəndi qiymətləndirib. Kommunal xidmətlər nəzərə alınmadıqda isə həftəlik inflyasiya 0,21% olub.

İlin əvvəlindən Rusiyada istehlak qiymətləri 5,94% artıb.