Uğurlu insanların etmədiyi 9 hərəkət | Banco.az

Uğurlu insanların etmədiyi 9 hərəkət

1. Onlar öz sevinclərinə kölgə salmağa heç kimə icazə vermirlər. Emosiyalarını idarə edə bilən insanlar öz nailiyyətlərindən məmnun olduqları anda bu hissi məhv edəcək fikirlərdən və insanlardan uzaq olmağa və həmin andan zövq almağa çalışırlar.

2. Onlar heç vaxt unutmurlar. Onlar hər hansısa bir səhvi çox tez bağışlaya bilərlər, lakin bu o demək deyil ki, onlar artıq hər şeyi unudublar. Bu tip insanlar başqalarının səhvlərində çox ilişib qalmaq istəmirlər, buna görə də onlar qarşılaşa biləcəkləri növbəti zərərdən özlərini qorumaq üçün böyük iradə nümayiş etdirirlər və irəli addımlayırlar.

3. Onlar mübarizədə ölmürlər. Emosiyalarını idarə edə bilən insanlar növbəti gün mübarizəni davam etdirmək üçün sağ qalmağın nə qədər vacib olduğunu çox yaxşı başa düşürlər.

4. Onlar mükəmməlliyə can atmırlar. Onlar qarşılarına “mükəmməliyə nail olmaq kimi” məqsədlər qoymurlar, çünki başa düşürlər ki, bu qeyri-mümkündür və sonda onları uğursuzluq gözləyir. Insanlar üçün səhv etmək xarakterikdir.

5. Onlar keçmişlə yaşamırlar. Əgər uğursuzluğa düçar olmusansa, bu hələ son deyil. Əsl lider hətta uğursuz anlar da belə gələcəyi düşünərək işləməyi bacarmalıdır. Keçmişə bağlı olduğun halda isə bu mümkün deyil və sizin keçmişiniz bu gününüzə çevrilir.

Ən sərfəli kredit üçün müraciət et

6. Onlar problemlərdə ilişib qalmırlar. Diqqətinizi nəyə yönəldirsinizsə, o da sizin emosional vəziyyətinizi müəyyən edir. Belə olan halda siz qarşılaşdığınız problemlərə köklənirsinizsə, onda özünüzdə və ətrafınızda neqatif enerji və stress yaradırsınız ki, bu da sizin aktivliyinizi azaldır.

7. Daim şikayətlənən insanlarla ünsiyyət qurmayın. Bu tip insanlardan aranıza məsafə qoymaqla uzaq dura bilərsiniz. Belə düşünün: əgər sizin yanınızdakı insan siqarət çəkirsə, siz onun yanında oturarsınız? Yox, çox ehtimal ki, siz həmin məkanı tərk etməyə çalışacaqsınız. Daim şikayətlənən insanlarla da belə davranmaq lazımdır.

8. Onlar kin saxlamırlar. Siz kiməsə kin saxladığınız təqdirdə, özünüzdə stress və mənfi enerji yaradırsınız. Emosiyalarını idarə edə bilən insanlar isə nəyin bahasına olursa olsun belə vəziyyətlərdən uzaq olmağa çalışırlar. Bağışlamaq bacarığı nəinki sizin əhvalınızın yüksəlməsinə səbəb olacaq, həm də sağlamlığınıza müsbət təsir göstərəcək.

9. Onlar istəmədikləri halda “hə” demirlər. Təqdiqatlar onu göstərir ki, “yox” deməyi bacarmayan insanlar daha çox depresiyadan əziyyət çəkirlər. “Yox” çox təsiredici sözdü və siz bunu lazım olduqda istifadə etməkdən çəkinməməlisiniz. “Yox” deməli olduğunuz bir şəraitdə, “mən bacaracağımı düşünmürəm” və ya “mən əmin deyiləm” kimi cümlələrdən istifadə etməyin.“Yox” deməyi bacarın.