Tarixin mühüm şəxsiyyətləri yeni günə necə başlayıblar? | Banco.az

Tarixin mühüm şəxsiyyətləri yeni günə necə başlayıblar?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Günə yaxşı başlamağın həyatımıza təsirini yəqin ki, hər birimiz bilirik və buna nail olmağa çalışırıq. Aparılan araşdırmaları oxuyur, fərqli üsullara müraciət edir, ancaq yenə də özümüzə uyğun səhər məşğuliyyəti tapa bilmirik.

Odur ki, gəlin bu dəfə də Banco.az tərəfindən sizin üçün hazırlanan tanınmış uğurlu insanların səhər vərdişlərinə nəzər salaraq özümüzə uyğun olanı sınayaq.

1. Benjamin Franklin hər günə yeni bir qərar verərək başlayırdı.

Image result for benjamin franklin

Benjamin Franklin həyatı boyu özü üçün müəyənləşdirdiyi 13 qaydaya sadiq qalmışdır. Hər səhər saat 5-də oyanır və özünə “Bü gün nə edəcəyəm” sualını verirdi. Avtobioqrafiyasında səhər vərdişini belə ifadə etmişdi: “Enerjinizi artırın, duş qəbul edin və güclü yaxşılığa səslənin. Gündəlik işlərinizi analiz edin və qərarlı olun.”

2. Volter (Voltaire), Uinston Çörçill (Winston Churchill) ve Edith Sitwel işləməyə elə yataqda olarkən başlayırdılar.

Sizə bir qədər qəribə səslənsə də, tarixin dahi şəxsiyyətlərinin bəziləri bu üsulla uğura nail olmuşlar. Fransız yazıçısı Volter 50-dən çox tamaşanın ssenarisini rahat yatağında qələmə almışdı. Tənbəllik onun təbiətinə xas deyildi, saatlarla işləyirdi və gündə 40-50 fincan kofe içirdi.

Yataqda vaxt keçirməyin gücünə inanmadınızsa, bu dəfə də Çörçillin səhər vərdişlərinə nəzər salaq. O, hər səhər yatağında saatlarla vaxt keçirirdi; səhər yeməyini yeyir, siqaret çəkir, qəzet oxuyur və iclasları planlaşdırırdı.

3. Çarlz Darvin (Charles Darwin) ve Georgia O'Keeffe səhər yürüşü edirdilər.

Çarlz Darvin İngiltərədəki evinin yaxınlığında yürüş edərək günə başlayır və düşünməyə çalışırdı.

Sənətçi Georgia O'Keeffe də oxşar bir vərdişə sahib idi. Bir fincan çay içdikdən sonra Nyu-Meksikodakı məhəlləsində yürüşə çıxırdı. Bu yürüşlər zamanı yanında bir əsa da daşıdığı deyilir.

4. İmmanuel Kant (Immanuel Kant) günə meditasiya edərək başlayırdı.

Məşhur filosof İmmanuel Kant hər gün səssizcə meditasiya edirdi. Yazıçı Manfred Kuehn-in dediyinə görə, Kant səhər 5-də oyanır, meditasiya ilə məşğul olur və ardınca bir iki fincan kofe içirdi. Əgər səhər gözünü açar-açmaz narahatlığa qapılanlardansınızsa, Kant-ın bu vərdişi sizin üçün də faydalı ola bilər.

5. German Melvill (Herman Melville) ve Frank Baum səhərlər öz bağçalarında vaxt keçirirdilər.

Ən sərfəli kredit üçün müraciət et

1850-ci ildə qələmə alınmış “Moby Dick” əsərinin müəllifi German Melvill qərbi Massaçüsetsdə bağ evi almışdı. Bağçası ilə özü şəxsən məşğul olur, atlarını və inəklərini bəsləmək üçün səhər saat 8–də oyanmaqdan həzz alırdı.

Frank Baum da səhər saat 8–də oyanıb səhər yeməyini yedikdən sonra çiçəklərinə qulluq etmək üçün bağçasına gedirdi.

6. Le Korbuzye (Le Corbusier) ve P.G. Wodehouse günə səhər idmanı ilə başlayırdılar.

Fransız memar Le Korbuzye səhər saat 6-da oyanıb hər səhər 45 dəqiqə idmanla məşğul olurdu.

7. Ziqmund freyd (Sigmund Freud), Napoleon Bonapart ve Amadey Mozart (Wolfgang Amadeus Mozart) şəxsi qulluqlarına əhəmiyyət verirdilər.

Sizi sevindirən və özünüzü yaxşı hiss etdirən məşğuliyyətlər həm özünüzə inamızı artırır, həm də dincəlməyinizə kömək edir. Məsələn, Ziqmund Freyd hər səhər bərbərinə saqqalını düzəltdirirdi. Napoleon və Mozart isə saç darama vərdişi ilə tanınırdılar.

8. Ceyn Ostin (Jane Austen) və W.H. Auden isə instrumental alətlərdə ifa etməklə günə başlayırdılar.

Ceyn Ostin ailəsi oyanmazdan əvvəl qalxıb pianoda ifa edirdi.

Həmçinin oxu: Uğurlu insanların həftə sonu vərdişləri

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram