Müəllif: Gülnar Əhmədli, Banco.az
Apple-ın ilk qatlanan smartfonu iPhone Duo yüksək qiyməti ilə diqqət çəkir. Lakin cihazın qiyməti ölkədən asılı olaraq ciddi şəkildə dəyişir.
Banco.az OpenTheRank məlumatlarına əsasən, 2 oktyabr 2026-cı il tarixinə olan qiymətləri təqdim edir:
iPhone Duo-nun ən baha olduğu 15 ölkə:
- Türkiyə - 4 689 $
- Braziliya - 4 230 $
- Hindistan - 3 124 $
- İsveç - 2 698 $
- İtaliya - 2 687 $
- Meksika - 2 655 $
- Niderland - 2 652 $
- İspaniya - 2 652 $
- Fransa - 2 652 $
- Böyük Britaniya - 2 652 $
- Almaniya - 2 607 $
- Avstraliya - 2 433 $
- Cənubi Koreya - 2 427 $
- Sinqapur - 2 426 $
- İsveçrə - 2 394 $
Qiymətlər arasındakı fərq kifayət qədər böyükdür. Məsələn, Türkiyədə iPhone Duo İsveçrə ilə müqayisədə 2 295 dollar daha bahadır. Avropa ölkələri əsasən reytinqin orta hissəsində qərarlaşıb. Almaniyada qiymət 2 607 dollar, İsveçdə isə 2 698 dollardır.
Türkiyədə qiymətlər niyə bu qədər yüksəkdir?
Əsas səbəblərdən biri vergilərdir. Türkiyədə smartfonlara 20% əlavə dəyər vergisi (ƏDV), xüsusi istehlak vergisi və digər ödənişlər tətbiq olunur. Vergilərin üst-üstə hesablanması cihazın son satış qiymətini əhəmiyyətli dərəcədə artıra bilər.
Bundan əlavə, Türkiyə lirəsinin ABŞ dolları qarşısında dəyər itirməsi də idxal olunan texnologiya məhsullarının yerli qiymətinə təsir göstərir. Müqayisədə qiymətlər dollarla göstərilsə də, ölkələrdə əhalinin gəlirləri arasındakı fərqlər nəzərə alınmır. Bu isə cihazın bəzi bazarlarda istehlakçılar üçün daha əlçatmaz olması ilə nəticələnə bilər.
Çin bazarında isə fərqli mənzərə müşahidə olunur. Araşdırmaya görə, iPhone Duo-nun qiyməti 2 382 dollar təşkil edir. Bu, ABŞ qiymətindən təxminən 19% yüksəkdir. Buna baxmayaraq, Huawei və Xiaomi kimi yerli istehsalçıların qatlanan smartfon bazarında güclü mövqeyə sahib olması Apple üçün rəqabəti artırır. Valyuta məzənnələri, yerli rəqabət və Apple-ın ölkələr üzrə qiymət siyasəti də eyni cihazın müxtəlif bazarlarda fərqli qiymətə satılmasına səbəb olur.
Bizi sosial şəbəkələrdən izləyin!!
