Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib.
Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək Lüksemburqda Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısının keçirildiyini bildirib.
Kallas Rusiyaya qarşı sanksiyalar barədə qərar qəbul edildiyini qeyd edərək deyib: “Bu, Rusiyanın müharibəyə başlamasından bəri sanksiya siyahımıza edilən ən böyük genişlənmədir. Avropa bir daha birlik şəklində hərəkət etdiyini göstərir”.
O bildirib ki, sanksiyalar Rusiyanı 1 trilyon avrodan məhrum edib. Kallas əlavə edib: “ABŞ da bu tədbirlərə uyğunlaşsa və Rusiya ilə bağlı Qrem qanun layihəsini qəbul etsə, Rusiyaya müharibəni dayandırmağa vadar edəcək təzyiqi həqiqətən göstərə bilərik”.
Yeni sanksiyaların yarıdan çoxunun ballistik raketlərin istehsal zənciri ilə əlaqəli olduğunu bildirən Kallas Aİ üzvü olan ölkələrin Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan təxminən 1600 yeni sanksiyanı qəbul etdiyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
