“S&P” ABŞ-ın kredit reytinqini təsdiqləyib | Banco.az

“S&P” ABŞ-ın kredit reytinqini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“S&P” ABŞ-ın kredit reytinqini təsdiqləyib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Standard & Poor's” (S&P) ABŞ-ın uzunmüddətli kredit reytinqini “AA+”, qısamüddətli kredit reytinqini isə “A-1+” səviyyəsində təsdiqləyib və reytinq üzrə proqnozu “stabil” olaraq saxlayıb.

“S&P” ABŞ iqtisadiyyatı ilə bağlı qiymətləndirməsini açıqlayıb.

Kredit reytinqi agentliyinin məlumatında bildirilib ki, ABŞ-ın uzunmüddətli kredit reytinqi “AA+”, qısamüddətli kredit reytinqi isə “A-1+” səviyyəsində təsdiqlənib.

Açıqlamada ölkənin uzunmüddətli kredit reytinqi üzrə proqnozun “stabil” olaraq qorunduğu qeyd olunub. Bildirilib ki, bu qiymətləndirmə yaxın bir neçə il ərzində büdcə kəsirlərinin yüksək səviyyədə qalacağı, lakin sabit xarakter daşıyacağı ilə bağlı proqnozları əks etdirir.

Həmçinin vurğulanıb ki, daxili və xarici siyasətdəki dəyişikliklərə baxmayaraq, ABŞ iqtisadiyyatının dayanıqlılığını və gücünü qoruyacağı gözlənilir. Tariflərdən əldə olunan yüksək gəlirlər də daxil olmaqla, vergi daxilolmalarının güclü dinamikasının maliyyə vəziyyətinin pisləşməsi riskini məhdudlaşdıracağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram