Təşəbbüskar olmaq, xəyalınınız ardından getmək heç bir zaman gec deyildir. Ancaq, məzun olduqdan dərhal ya da universitetdə oxuyarkən özünüzü təşəbbüskar olmağa hazır hiss etməməyiniz son dərəcə normaldır. Yetərincə cəhd etmədiyinizi düşünə bilər ya da öncə stabil bir iş taparaq biraz ehtiyat pul yığmaq istəyə bilərsiniz. Narahatlığınız nə olursa olsun xəyalınızı gerçəkləşdirmək üçün hərəkətə keçmək lazımdır. Aşağıda qeyd edilən tövsiyyələrdən yararlanaraq öz təşəbbüskarlığınızı gerçəkləşdirə bilərsiniz:
1) Satış və marketinq sektorunda bir iş taparaq işləyin.
İşinizi qurmaq istədiyiniz sektor nə olursa olsun, hər zaman bir şeylər satmaq məcburiyyətində qalacaqsınız. Hər şeydən öncə fikrinizi insanlara yaxşı bir şəkildə satmağınız gərəkdir. Əgər satış haqqında çox məlumatınız yoxdursa işinizi quranda əngəlli yollardan keçməyiniz lazım olacaq. Bu səbəblə karyeranızın əvvəlində satış sektorunda bir sınaq keçirmək sizin üçün son dərəcə yararlı olacaqdır. Əgər hansı sektorda iş quracağınıza qərar vermisinizsə o sahədə iş tapmağınızı ya da təcrübə proqramına getməyinizi tövsiyyə edirik. Hələ də qərar verməmisinizsə üzülməyin: Satış işindən öyrəndiyiniz hər şey qarşıda uğurlu bir təşəbbüskar olmağınıza kömək olacaqdır.
2) Kiçik startaplarda işləyin və təcrübə qazanın.
Böyük bir şirkətdə işləmək nə qədər prestijli görünsə də özünüzü böyük bir alətin kiçik bir hissəsi kimi hissetmənizə yol açacaq. Kiçik startaplarda işləmək çox fərqli bir sınaqdır. Burada təsisçilərlə və liderinizlə tez-tez əlaqədə olacaqsınız və işlərin necə getdiyini öyrənə biləcəksiniz. Hətta suallar soruşa bilər, liderinizin səhvlərindən və uğurlarından dərslər çıxara bilərsiniz.
3) Sizə yararlı olacaq qabiliyyətlərə yiyələnin.
Bir təşəbbüskar olaraq dizayn, idarəçilik, satış kimi bir çox fərqli bacarığı özünüzdə inkişaf etdiyin və onlar haqqında təməl bilgilərə sahib olun. Bu işlər haqqında məlumatınız olduqda bu işlər üçün bir işçi seçimi etdikdə çətinlik çəkməyəcəksiniz. İşinizdə istifadə edilməsi gərəkən bu bacarıqları öyrənmək üçün zaman xərcləyin.
4) Frilans işlər almağı sınayın.
Öz başınıza işləmək və bir şeylər yaratmaq disiplin istəyən birşeydir. Çox insan üçün bu disiplini əldə etmək çox çətindir. Frilans işlər sizə bu mövzuda kömək ola bilər. Beləcə evdə/kafedə işləməyə başlayacaq və uğurunuzun dadını ala bilərsiniz. Ayrıca, aylıq gəlirinizə də əlavə pul daxil edəcək və bu işlərin sayəsində gözəl çevrə (network) əldə edəcəksiniz.
5) Təşəbbüskarların sıx olduğu bir şəhərə köçün.
Təşəbbüskarla vaxt keçirmədən onların yaşam tərzlərini anlaya bilmək biraz çətindir. Mümkün olduqca çox təşəbbüskarlarla əlaqə saxlamağa çalışın. Beləcə bəzi şeyləri onların baxış bucağından görə bilər və nə tərz bir işə başlamaq istədiyinizə qərar verə bilərsiniz. Türkiyədə təşəbbüskarların çoxu, təxmin edə biləcəyiniz kimi, İstanbulda yaşayır. Azərbaycanda isə təbii ki, Bakı şəhərində.
Xaricə köçməyi düşünürsünüzsə Dünya İqtisadi Forumunun araşdırmalarına görə(bu sizə biraz maraqlı gələ bilər) Avropanın ən təşəbbüskar ölkəsi Estoniyadır.
İş tapmağın gedərək çətinləşməsi və öz işinizin müdiri olmaq arzusu bizləri təşəbbüskarlığa yönləndirir. Amway-in 2017 Təşəbbüskarlıq hesabatına görə Türkiyədəki gənclərin 51% təşəbbüskar olmaq istəyərkən bu gənclərin 46%-i bu mövzuya təmkinli yanaşır. Təmkinli olmaq hər nə qədər ağıllı olduğumuzu göstərsə də bir şeylərin özündən gerçəkləşməsini gözləməyin və xəyallarınızın ardından getməyi heç zaman buraxmayın!
İlkin Mirzəzadə, Bizplus.az