Səudiyyənin xam neft tədarükləri pandemiya səviyyəsinə geriləyib | Banco.az

Səudiyyənin xam neft tədarükləri pandemiya səviyyəsinə geriləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanının xam neft tədarükləri pandemiya dövrü səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanında tələb artımına baxmayaraq, əsas bazarlardakı sərt rəqabət fonunda iyun ayında xaricə daşınmaların 10 aylıq minimuma endiyi müşahidə edilib.

Gəmi izləmə məlumatlarından istifadə edərək “Bloomberg” nəşri tərəfindən hesablanan və digər məlumat təminatçıları tərəfindən tərtib edilmiş rəqəmlərlə müqayisəsi aparılan məlumatlar göstərir ki, ötən ay krallıqdan xam neft ixracı təxminən 168 milyon barel təşkil edib ki, bu da gündə təxminən 5,6 milyon barelə bərabərdir.

Bu Kovid-19 pandemiyasının başlanmasından bəri görülən ən aşağı səviyyədən gündə cəmi 250 min barel çoxdur.

Qeyd edək ki, ölkənin iki ən böyük müştərisinə - Çin və Hindistana diqqət yetirdikdə vəziyyət daha da pis görünür. 

Ən sərfəli kredit üçün müraciət et

Gündə təxminən 1,27 milyon barel olan Səudiyyə Ərəbistanının ötən ay Çinə göndərdiyi xam neftin miqdarı pandemiya səbəbindən yaranan neft tələbindəki geriləmənin ən pik səviyyədə olduğu 2020-ci ilin ortalarından bəri reallaşan minimum səviyyədir.

Nisbətən yaxşı vəziyyətdə olan Hindistana tədarüklər isə 2021-ci ilin ortalarından bu yana ən aşağı səviyyəyə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et