Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin həcmi 1 milyard 650.8 milyon manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 0,9% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 94,5 milyon manat və ya 6,1% çoxdur.
2025-ci ilin martın əvvəlində bu sektora kredit qoyuluşları 1 milyard 556.3 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
