Rusiya benzin ixracını da qadağan edəcək | Banco.az

Rusiya benzin ixracını da qadağan edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya benzin ixracını da qadağan edir.

Banco.az xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novakın 1 aprel tarixindən etibarən benzin ixracının qadağan olunması ilə bağlı göstəriş verdiyi bildirilib.

Rusiya hökumətinin yaydığı yazılı açıqlamada, Novakın neft sektorundakı inkişaflarla bağlı səlahiyyətli şəxslərlə keçirdiyi iclasda səsləndirdiyi fikirlərə yer verilib.

İclasda Yaxın Şərqdəki böhran səbəbindən neft və neft məhsullarının qiymətlərində ciddi dalğalanmaların müşahidə olunduğunu qeyd edən Novak bildirib: “Bununla yanaşı, xarici bazarlarda Rusiya enerji resurslarına olan yüksək tələbat müsbət amil olaraq qalmaqda davam edir”.

Novak neft məhsullarının ölkə üzrə sabit şəkildə paylandığını vurğulayaraq deyib: “Sektorda fəaliyyət göstərən şirkətlər kifayət qədər benzin və dizel yanacağı ehtiyatlarının mövcud olduğunu və daxili tələbatın qarşılanması üçün neft emalı zavodlarının yüksək güclə işlədiyini təsdiqləyiblər”.

Daxili bazarda sabitliyin qorunacağını və yerli bazarın prioritet hesab ediləcəyini vurğulayan Novak, 1 aprel tarixindən etibarən benzin ixracının qadağan olunması ilə bağlı qərar layihəsinin hazırlanması üçün Rusiyanın Energetika Nazirliyinə göstəriş verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram