Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

M-2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün inşası başa çatıb.

Banco.az  bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, cəmi 38 gün ərzində mövcud körpü sökülərək onun yerində müasir norma və standartlara cavab verən yeni biraşırımlı körpü inşa edilib. Körpünün dayaqları və aşırım qurğusu tikilib, yanaşma hissələri abadlaşdırılıb, təhlükəsizlik çəpərləri, səki və digər yol infrastrukturu elementləri quraşdırılıb.

Xatırladaq ki, bir müddət əvvəl magistral yolun Bakı istiqamətində yerləşən körpü də yenidən inşa edilərək istifadəyə verilmişdi.

Yeni körpünün inşası nəqliyyat vasitələrinin daha rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir.