Qızıl bahalaşıb | Banco.az

Qızıl bahalaşıb

Qızıl cümə günü də yüksəlişini davam etdirib. 

Banco.az xəbər verir ki, spot qızılın bir unsiyası 0,4% bahalaşaraq 4 254,11 dollara yüksəlib. Əvvəlki ticarət sessiyasında son yeddi həftənin ən yüksək səviyyəsini görən qızıl həftəlik müqayisədə isə 5%-dən çox dəyər qazanıb.

Digər qiymətli metallar arasında spot gümüş 0,8% bahalaşaraq 61,96 dollara, platin 0,4% artaraq 1 735,71 dollara yüksəlib. Palladium isə 0,3% ucuzlaşaraq 1 367,06 dollara enib. Bununla belə, hər üç metal da həftəlik müqayisədə artımla həftəni başa vurmağa hazırlaşır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram