Neft qiymətləri yüksəlişini davam etdirib. Buna səbəb İran və Omanın Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqlar çərçivəsində "düşmən" hesab edilən gəmilərin boğazdan keçidinin qadağan edilməsini və qaydaları pozanlara yüksək məbləğdə cərimələrin tətbiqini təklif etməsi olub.
Banco.az xəbər verir ki, Brent markalı neftin oktyabr fyuçersləri 1,2% bahalaşaraq bir barel üçün 83,48 dollara, WTI markalı ABŞ xam nefti isə 1,1% artımla 78,84 dollara yüksəlib.
Həftənin əvvəlində ABŞ və İran arasında münaqişənin diplomatik yolla həll olunacağına dair ümidlərin artması fonunda neft ucuzlaşmışdı. Lakin son hadisələrdən sonra Brent yenidən 80 dollar həddini aşaraq 13 iyuldan bəri ilk dəfə bu səviyyədən yuxarı ticarət olunmağa başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
