Polşa kriptovalyuta ilə Venesuela nefti alarkən 230 milyon dollar itirib | Banco.az

Polşa kriptovalyuta ilə Venesuela nefti alarkən 230 milyon dollar itirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Polşa kriptovalyuta ilə Venesuela nefti alarkən 230 milyon dollar itirib.

Banco.az xəbər verir ki, Polşada neft ticarətində rəqəmsal valyutalardan istifadə cəhdi ölkənin ən böyük qalmaqallarından birinə çevrilib. “Financial Times”ın məlumatına görə, Polşanın dövlət dəstəkli enerji şirkəti “Orlen”in İsveçrədə yerləşən ticarət qurumu “Orlen Trading Switzerland” (OTS) 2023-cü ilin sonunda Venesueladan neft almaq üçün ən azı 230 milyon dollar əvvəlcədən ödəniş edib, lakin gözlədiyi neftin böyük hissəsini əldə edə bilməyib.

Məlumata görə, OTS Dubayda fəaliyyət göstərən kiçik neft treyderi “Hannon International” ilə Venesuelanın “Merey 16” markalı təxminən 6 milyon barel xam neftini 345 milyon dollara almaq barədə razılaşıb. Gözlənilən mənfəət təxminən 25–30 milyon dollar olub. OTS razılaşmadan sonra beş gün ərzində “Hannon”a 230 milyon dollar köçürüb.

“Financial Times”ın xəbərinə görə, Venesuelanın dövlət neft şirkəti “PDVSA” sanksiyalar səbəbindən ödənişlərin USDT (“Tether”) ilə həyata keçirilməsini tələb edib. “Hannon” isə “Orlen”in vəsaitini USDT-yə çevirərək Venesueladakı vasitəçilər üzərindən neft almağa çalışıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram