Ötən ay Azərbaycanda "ChatGPT"nin bazar payı azalıb | Banco.az

Ötən ay Azərbaycanda "ChatGPT"nin bazar payı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay ChatGPT 78,44% payla Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub. Buna baxmayaraq, "chatbot"un bazar payı 1 ay əvvəllə müqayisədə 4,65 faiz bəndi azalıb.

Banco.az "statcounter"ə istinadən xəbər verir ki, fevral ayında ChatGPT-nin payı 83,09% təşkil edirdi.

Məlumata görə, ötən ay ölkədə ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Google Gemini (14,62%), Perplexity (2,92%), Claude (2,25%) Microsoft Copilot (1,77%). 

Qeyd edək ki, martda qlobal miqyasda da ən çox istifadə edilən süni intellekt tətbiqi ChatGPT (78,16%) olub. Onun ən yaxın rəqibi Google Gemini-ın payı isə 8,65% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram