Fevral ayında təqdim olunacaq “Robinhood” mobil proqramı istifadəçilərin ödəniş etmədən Bitcoin və Ethereum ticarəti ilə məşğul olmasını təmin edəcək. Məlumat “Coinbase” kimi platformalarda əməliyyat başına 0,1% -dən 4% -ə qədər ödənişlər etməyə uyğunlaşmış istifadəçilərin diqqətini çəkib.
Həqiqi ticarət xüsusiyyətləri yalnız Bitcoin və Ethereum üçün nəzərdə tutulsa da, “Robinhood” istifadəçilərə Ripple və Litecoin də daxil olmaqla, bir sıra digər kriptovalyuta vahidinin qiymətini izləməyə də imkan verir.
Şirkətin məqsədi ticarət haqqı almadan kriptovalyuta ticarətində öz zərərinə satış reallaşdıraraq 3 milyondan artıq istifadəçinin cəmləşdiyi bir platforma yaratmaqdır.
“Robinhood”-un təsisçilərindən olan Vlad Tenev “TechCrunch”-a bunları söyləyib:
“Bu işdə uğurlu olmağı planlaşdırırıq və yaxın gələcəkdə mənfəət əldə etməyi əsas məqsəd kimi görmürük. “Robinhood Crypto”-nun məqsədi istiqamətində müştərilərimizin sayını artırmaq və onlara daha yaxşı xidmət göstərmək istəyirik”.
Şirkət həmçinin sadə istifadəyə sahib analiz və əməliyyat vasitələri təklif edərək daha çox istifadəçi cəlb etməyi planlaşdırır.
“Robinhood”-dan verilən açıqlamada “kriptovalyuta vahidlərinin pulun işlənmə mexanizmini yenidən təşkil etmək potensialına sahib olduğuna və maliyyə qurumlarının sahib olduğu gücün xalqın əlinə keçməsinə inanırıq”, – deyə qeyd olunub.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.