Niyə milyonçu ola bilməmisiniz? | Banco.az

Niyə milyonçu ola bilməmisiniz?

Heç düşünmüsünüz ki, niyə milyonçu ola bilməmisiniz?

Heç düşünmüsüzmü, niyə bəzi insanlar davamlı irəlilədikcə, biz yerimizdə sayırıq? Niyə bizim hələ də $1.000.000 pulumuz yoxdur?

Əvvəlcə bunun səbəblərini aydınlaşdırmağa və arzularımızı həyata keçirməkdə bizə mane olan səbəbləri aradan qaldırmağa çalışaq.

Birinci səbəb

Mən heç vaxt varlı olmaq haqqında düşünməmişəm. Əksər hallarda insanlar ümumiyyətlə nə vaxtsa zəngin olacaqları haqda heç düşünmürlər də. Əgər onlar bu haqda düşünsəydilər, müəyyən tədbirlər görəcək, cəhdlər edəcək və zənginliyə bir addım daha yaxınlaşacaqdırlar. Heç kəs sizə nəyə nail ola biləcəyiniz, nəyəsə nail ola bilməyəciyiniz haqqında heç nə deyə bilməz. Bizim hər birimiz istədiyimizə nail ola bilərik.

İkinci səbəb

İmkanlarla istəklər üst-üstə düşmür Yəqin ki, bir çoxumuz nə vaxtsa zəngin olacağımız haqqında planlar qurur, bu planları ətrafımızdakılarla bölüşürük. Lakin planlarımızın həyata keçməsi üçün heç nə etmirik. Arzuların arxasınca getmək lazımdır.

Üçüncü səbəb

Təxirə salmaq “Yeni ildən mən yeni həyata başlayacağam!”, “Sabah mən mütləq idmanla məşğul olacağam!”, “Bazar ertəsindən etibarən yeni iş axtarmağa başlayacağam!”. Öz-özünüzə vəd verməyi unudun! Sabahlar günlərlə, həftələrlə, aylarla davam edə bilər. Bu gün, elə bu anda öz istəklərinizi həyata keçirməyə başlayın.

Ən sərfəli kredit üçün müraciət et

Dördüncü səbəb

Başlayıb qurtarmamaq Bəzən seçdiyimiz yolda sonuna qədər irəliləmək üçün bizim səbrimiz çatmaya, vaxtından tez təslim ola bilərik. Halbuki bir az da yol qət etsəydik, hər şeyə nail olardıq. Başladığınız istənilən işi sonuna qədər yerinə yetirin. Varlı olmaq üçün heç nə kəşf etmək lazım deyil, sadəcə artıq varlı olmuşların yolu ilə getmək lazımdır. Amerikanın ilk milyarderi Con D. Rokfeller deyib: “Əgər sizin yeganə məqsədiniz varlı olmaqdırsa, siz bu məqsədə heç bir zaman çatmayacaqsınız”. Burada Rokfeller demək istəyir ki, əgər məqsədiniz yalnız puldursa, siz heç bir zaman qazancınızdan doymayacaqsınız. Varlı necə olmaq olar? Bir çoxları ömür boyu çalışsalar da, varlılar yalnız onların içindən seçilmişlər olur. Varlı olmağın əsas mənbələri Böyük pullara gedən yol hər insanda individual olsa da, ümumi istiqamətləri qeyd etmək olar. Amerikaların əksəriyyəti böyük pullara, doğru kapital qoyuluşu nəticəsində çatıblar. Nə etmək lazımdır? Yalnız quru maaşla varlı olmaq olduqca çətindir. Risk etmək lazımdır. Yalnız risk edərək pul qazanmaq mümkündür. Ona görə də, məsləhətlərə qulaq asmaqla yanaşı ürəyinizin səsini dinləməyi də unutmayın. Bəzən ağlın edə bilmədiyini hisslər etməyə qadir olur. Ağıllı insanlar adətən risk etməyi sevmirlər. Lakin yadda saxlamaq lazımdır ki, böyük pulları ağıllılar deyil, risk etməyi sevənlər qazanır. Və nəhayət hər zaman şəxsi biznesinizi yaratmağa çalışın. Siz başqalarının biznesini inkişaf etdirməyə qadir ola bilərsiz. Amma orada sadəcə quru maaşa işləyəcəksiz. Öz biznesinizi qurduqda isə, gəlirlərin hamısı məhz sizin olacaq. Unutmayın, bütün böyük pullar ilk 1 milyonu əldə etdikdən sonra qazanılmağa başlayır!

Mənbə: Bizplus.az