ABB İslam bankçılığı üzrə ilk anlaşmanı imzaladı! | Banco.az

ABB İslam bankçılığı üzrə ilk anlaşmanı imzaladı!

Xüsusi tənzimləmə rejimi çərçivəsində “Murabaha” mexanizmi üzrə maliyyələşdirmə məhsullarını müştərilərə təqdim etməyə başlayan ABB artıq bu istiqamətdə ilk anlaşmanı imzalayıb. Bankın “Murabaha” məhsulundan faydalanan ilk tərəfdaşı “Novco Group” şirkətidir.

“Murabaha” İslam maliyyə prinsiplərinə uyğun maliyyələşmə vasitəsidir. Məhsul sahibkarlara bank vasitəsilə mal və ya aktivlərin alınmasını maliyyələşdirmək imkanı yaradır. Belə ki, bu modeldə bank müştərinin ehtiyac duyduğu məhsulu satın alır və əvvəlcədən razılaşdırılmış qiymət əsasında müştəriyə satır. Qiymət və ödəniş şərtləri sonradan dəyişmir. Bankın gəliri isə müştəri ilə əvvəlcədən razılaşdırılmış ticarət marjası əsasında formalaşır.

ABB-nin “Murabaha” məhsulu bütün hüquqi və fizik şəxs sahibkarlar üçün əlçatandır. Şərtlərə gəldikdə minimal məbləğ 100 000 AZN (yaxud AZN ekvivalenti), maksimal məbləğ 5 milyon AZN-dir (yaxud AZN ekvivalenti). Maliyyələşmə 1 ildən 3 ilə qədər nəzərdə tutulur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram