PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir | Banco.az

PAŞA Bank biznes kreditləri üzrə yeni kampaniyaya start verir

Kiçik və orta biznesin inkişafını dəstəkləyən PAŞA Bank sahibkarlar üçün biznes kreditləri üzrə yeni kampaniyaya başlayır.

30 iyul – 31 avqust tarixlərini əhatə edən kampaniya çərçivəsində biznes krediti əldə edən müştərilər ilk ödənişlərini 3 ay sonra həyata keçirə biləcəklər.

Kampaniya sahibkarların maliyyə imkanlarını daha rahat planlaşdırmasına və bizneslərinin inkişafına əlavə maliyyə çevikliyi ilə davam etməsinə dəstək məqsədi daşıyır. Üç aylıq güzəşt müddəti müştərilərə dövriyyə vəsaitlərini daha səmərəli idarə etmək, cari fəaliyyətlərini genişləndirmək və investisiya planlarını daha rahat reallaşdırmaq imkanı yaradır.

Kampaniya haqqında ətraflı məlumat əldə etmək və biznes krediti üçün müraciət etmək üçün bu keçidə daxil ola bilərsiniz.

PAŞA Bank sahibkarlığın və real sektorun maliyyələşdirilməsini ölkənin dayanıqlı iqtisadi inkişafının əsas istiqamətlərindən biri hesab edir. Bank bizneslərin maliyyə imkanlarını genişləndirərək onların rəqabət qabiliyyətinin və inkişaf potensialının gücləndirilməsinə töhfə verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram