"Morgan Stanley" Türkiyənin inflyasiya proqnozunu aşağı salıb | Banco.az

"Morgan Stanley" Türkiyənin inflyasiya proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Morgan Stanley Türkiyənin 2024-cü ilin sonuna inflyasiya proqnozunu aşağı salıb.

Banco.az xəbər verir ki, beynəlxalq maliyyə təşkilatı “Morgan Stanley” Türkiyənin 2024-cü ilin sonuna inflyasiya proqnozunu 43,4 faizdən 42,4 faizə endirib.

Qeyd olunub ki, Türkiyədə iyun inflyasiyası təəccüblü şəkildə aşağı düşüb və deinflyasiyanın azalması gözlənildiyindən daha sürətlə başlayıb.

Nəşr edilən qeyddə Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) uzun müddətdir davam edən proqnozuna uyğun olaraq aylıq inflyasiyanın əhəmiyyətli dərəcədə azaldığı bildirilib.

Türkiyədə mövsümi təsirlərdən kənarlaşdırılmış istehlak qiymətləri indeksinin aylıq 2 faiz, baza istehlak qiymətləri indeksinin isə aylıq 1,9 faizə enəcəyini proqnozlaşdırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et